AZ

Məkkədə şəhidlərimizin ruhuna ehsan verilib (FOTO)

Bakı. Trend:

Bu gün Səudiyyə Ərəbistanının Məkkə şəhərində QafqazMüsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə Azərbaycan HəccMissiyası tərəfindən Azərbaycan şəhidlərinin ruhuna ehsan məslisiverilib.

Trend xəbər verir ki, məclisdə QMİ rəsmiləri, azərbaycanlızəvvarlar, şəhid ailələri iştirak ediblər.

QMİ Sədrinin 1-ci müavini Hacı Salman Musayev tədbiri çıxışnitqi ilə açaraq, bu missiyanın məqsədlərindən danışıb. QMİ Sədri,bütün Qafqazın Şeyxi, Şeyxülislam Hacı Allahşükür Paşazadənin salamvə təbriklərini məclis iştirakçılarına çatdırıb. O, bildirib ki,Şeyxülislam həzrətləri azərbaycanlı zəvvarların vəziyyəti ilə daimmaraqlanır, Qurban Bayramı münasibətilə bütün zəvvarlarımızı təbrikedərək, hər birinin Həcc Ziyarətinin qəbul olmasını diləyir.

Salman Musayev qeyd edib ki, azərbaycanlı zəvvarlar sağ-salamatşəkildə ziyarətlərini yerinə yetiriblər. O, hər il müqəddəs HəccZiyarəti dövründə Məkkə şəhərində Azərbaycan Həcc Missiyasınınşəhidlərin ruhuna ehsan verdiyi diqqətə çatdırıb: "Biz həmişəşəhidlərimizin ruhları üçün duaçıyıq. Şəhidlərimiz dilimizinəzbəridir və həmişə qəlbimizdədir. Bizdən sonra gələn nəsillər dəhəmişə, hər yerdə onları yad etməlidir. Bizim azad etdiyimiztorpaqlar o şəhidlərin qanı ilə suvarılıb, o torpaqlar da onlarüçün şahidlik edəcək. Şəhidlik məqamını Allah Öz istədiyibəndələrinə nəsib edir. Şəhid olarkən onları böyük fəzilətliəməllər gözləyir. Əvvəla şəhidlərə Cənnətdəki məqamı görünər, Allahşəhidlərə elə bir nemət verir ki, onlar öz istədikləri insanlardan70 nəfərin bağışlanmasına şəfaətçidir" - deyən QMİ Sədrinin 1-cimüavini dinimizin şəhadət haqqındakı hökmlərindən danışıb.

Salman Musayev qeyd edib ki, şəhidlərin xatirəsinə həsr olunanbelə məclislər həm dini icmalar, həm bütün cəmiyyət üçün nümunədirvə gələcək illərdə də ənənə şəklində davam etdirilməlidir.

Azərbaycan Həcc Missiyasının nümayəndəsi Ceyhun Cəfərovçıxışında şəhidlərimizin xatirəsinin müqəddəs torpaqlarda yadedilməsinin gözəl nümunə olduğunu dilə gətirib. Şəhidlərin ucaldığıməqamından danışıb, onların ailələrinin bütün cəmiyyətə örnəkinsanlar olduğunu deyib: "Biz desək ki, şəhidlər ancaq torpaqlaruğrunda şəhid olub, bu onlara verilən çox az qiymət olar, onlarAllahın adını uca tutaraq şəhadətə yüksəliblər. Şəhidlərimizin ənüstün məqamı odur ki, onlar Allahın varlığına, uca qüdrətinəşahiddirlər. Bu məqama sahib olmaq həm də bizim millikimliyimizdir. Ruhunuz şad olsun, sizin əziz ruhlarınız bizim üçünçox əzizdir" - Ceyhun Cəfərov qeyd edib.

QMİ-nin Qazilər Şurasının üzvü Qəni Axundzadə çıxışındaAzərbaycanın multikultural və dini tolerantlığı yaşadan ölkəolduğunu vurğuladı: "Bizim şəhidlər təkcə məscidləri yox,kilsələri, sinaqoqları da işğaldan azad etdilər. Azərbaycanmultikultural ölkədir, Azərbaycanın hər bir şəhidi də birməktəbdir, hər biri tək-tək qəhrəmanlıq örnəyidir. Bizim əqidəmizəgörə şəhidlər ölməyiblər, onlar yaşayırlar, Rəbbimizin yanındaruzilənirlər. Şəhidlik elə bir məqamdır ki, pulla, vəzifə ilə əldəedilmir, şəhidləri Allah seçib. Onlar da bizim başımızı ucaetdilər. Qələbə üçün qəhrəmanların başında qəhrəman bir sərkərdədayanmalıdır. Bizim bu savaşımızda bacarıqlı sərkərdə, Ali BaşKomandan çox güclü nizam-intizam yaratdı, hər şey onun rəhbərliyialtında ölçülüb-biçildi" - QMİ rəsmisi Qəni Axundzadə çıxışındaqeyd edib.

Qafqaz Müsəlmanları İdarəsi Sədrinin müavini Hacı BəxtiyarNəcəfov Azərbaycan Həcc Missiyasının şəhidlərin xatirəsinin yadolunması üçün hər il Məkkədə düzənlənən məclislərdən danışıb: "BizMəkkədə Azərbaycan Həcc Missiyasının hər il təzə formatınıyaşayırıq. Müqəddəs torpaqda keçirilən bu mərasimlərdə bizxalqımızın milli həmrəyliyinin, bərabərliyimizin nümunəsinigörürük".

Ehsan məclisində iştirak edən şəhid ailələrinin üzvləri də çıxışedərək Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsünü böyük razılıqhissi ilə qarşıladıqlarını ifadə edərək təşəkkürlərinibildiriblər.

Şamaxı şəhidi gizir Sübhan Əbdürrəhmanlının atası MahirƏbdürrəhmanov çıxış edərək deyib ki, övladı Vətən uğrundafədakarlığı özünə borc bilirdi və buna görə də ailəsinə nigaranqalmamağı tapşırıb: "Şəhidlik hər kəsə nəsib olmur, bizimövladlarımız müharibəyə gedəndə ancaq onu dedilər ki, bizdənarxayın olun. 2020-ci ilin sentyabrında başlanan savaşlaalnımızdakı qara ləkə təmizləndi, Ordumuz üzümüzü ağ etdi. Busavaşda həm əsgərlərimiz, həm xalqımız Prezidentimizin dəmiryumruğu ətrafında birləşdi".

Astara rayonu Ərçivan kənd sakini, şəhid kapitan ŞahmarHüseynovun anası Hədiyyə Hüseynovanın çıxışında övladının Vətənuğrunda şəhadəti ilə fəxr etdiyini deməsi məclis iştirakçılarınınalqışı ilə qarşılandı. "Əgər dərd insanı Allahdan uzaqlaşdırırsapis dərddir, bəladır, amma Allaha yaxınlaşdırırsa o bir şərəfdir.Mən fəxr edirəm ki, övladım şəhiddir. O, şəhadəti ilə Allahayaxınlaşıb. Bizim şəhid övladlarımız bu torpaqların üzərində hərkəsin xoşbəxt yaşamasını istəyirdilər" - şəhid anası H.Hüseynovadilə gətirib.

Goranboy rayonu Qızılhacılı qəsəbəsinin şəhidi əsgər HüseynNəsibovun atası Əfqan Nəsibov çıxışında şəhidlərin misilsizfədakarlıq göstərərək qəhrəmanlıq tarixi yaratdığını dedi: "Oğlumözünün də, mənim də başımı uca etdi".

Həcc ziyarətində olan və ehsan məslisində iştirak edən şəhidailələrinin üzvləri Astara rayonu Ərçivan kəndinin şəhidi kapitanŞahmar Hüseynovun anası Hədiyyə Hüseynova, Şamaxı şəhidi gizirSübhan Əbdürrəhmanlının atası Mahir Əbdürrəhmanov, Goranboy rayonuQızılhacılı qəsəbəsindən şəhid əsgər Hüseyn Nəsibovun atası ƏfqanNəsibov, Goranboy rayon Safukürd kəndinin şəhidi Səməd Rzayevinanası Zərqələm Kazımova, Tərtər rayonu Bəyim-sarov kəndinin şəhidiTural Məmmədlinin anası Güldanə Məmmədli, Bakı şəhərindən şəhidCavid Cabbarzadənin anası Almaz Cabbarova bu tədbirə görə QMİrəhbərliyinə, bütün təşkilatçılara təşəkkürlərini ifadəediblər.

Sonda süfrə duası oxunaraq, şəhidlərin ruhlarına Allahdan rəhmətdilənib, yaralı qazilərimizə şəfalar arzu edilib.

Məkkədə
Məkkədə
Məkkədə
Seçilən
113
1
az.trend.az

2Mənbələr