AZ

"Mega Insurance" işçilər axtarır - VAKANSİYALAR

Mega Insurance

Əməliyyat şöbəsinin Mütəxəssisi

 Son tarix 20 iyl 2024 - [email protected]

Namizədlərə olan tələblər:

  • Təhsil: Ali.
  • Qanunvericilik bilikləri: Mülki Məcəllənin 50 fəsli və İcbari sığortalar haqqında qanun.
  • İş təcrübəsi: Sığorta hadisələrinin tənzimlənməsi üzrə Əməliyyat işlərində - 1 ildən yuxarı.
  • Kompüter bacarıqları: Microsoft Office Word və Excel – sərbəst istifadəçi.
  • Dil bilikləri: Azərbaycan, rus dilində ünsiyyət saxlaya bilmək - arzuolunandır.
  • Şəxsi keyfiyyətlər və bacarıqlar: təhlil etmə, yazılı və şifahi kommunikasiya, komanda da işləmək bacarığı, operativlik,  intizamlılıq, dəqiqlik və məsuliyyət.

Əsas vəzifə öhdəlikləri:

  • Baş vermiş sığorta hadisəsini sənəd üzərindən araşdırmaq.
  • Sığorta hadisəsi ilə bağlı sığortalı və zərərçəkənlərlə əlaqə  yaratmaq, fikirlərini dinləmək, suallarını cavablandırmaq, prosesi izah etmək.
  • Müştəri məmnuniyyətini qorumaq.
  • Sığorta hadisəsi sənədlərini ödənişə hazırlanmaq, proqrama işləmək və elektron qaydada arxivləşdirmək.
  • Gündəlik olaraq sığorta hadisələrinin uçotunu aparmaq.
  • Vəzifə təlimatından irəli gələn digər işləri həyata keçirmək.

Əmək şəraitinin şərtləri:

  • Əmək haqqı: namizədin təcrübə və səriştəsinə uyğun olaraq müəyyən olunur.  
  • İş vaxtı: 09:00-dan 18:00 –dək olmaqla 5 günlük iş həftəsi.
  • Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.   
  • Tibbi sığorta təminatı.
  • Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.  
  • “Meqa Sığorta” ASC-nin Təlim akademiyasında təlim almaq imkanı.

Zəhmət olmasa mövzu bölməsində “Əməliyyat - Mütəxəssis” qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Vakansiya tələblərinə  uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqdır.

 

Qiymətləndirmə şöbəsinin Mütəxəssisi

 Son tarix 20 iyl 2024 - [email protected]

Namizədlərə olan tələblər:

  • Təhsil: Ali.
  • Qanunvericilik bilikləri: Mülki Məcəllənin 50 fəsli və İcbari sığortalar haqqında qanun.
  • İş təcrübəsi: Sığorta hadisələrinin tənzimlənməsi üzrə Əməliyyat işlərində - 2 ildən yuxarı.
  • Kompüter bacarıqları: Microsoft Office Word və Excel – sərbəst istifadəçi.
  • Dil bilikləri: Azərbaycan, rus dilində ünsiyyət saxlaya bilmək – arzuolunandır.
  • Sürücülük vəsiqəsi: B kateqoriyası.
  • Şəxsi keyfiyyətlər və bacarıqlar: təhlil etmə, yazılı və şifahi kommunikasiya, komanda da işləmək bacarığı, operativlik,  intizamlılıq, dəqiqlik və məsuliyyət.

Əsas vəzifə öhdəlikləri:

  • Sığortalının zərər dəymiş əmlakının qiymətləndirilməsi və proseslə əlaqəli sənədləşmə işlərinin aparılması.
  • Təmir müəssisələri, qiymətləndirmə şirkətləri və ehtiyat hissə satış mərkəzləri ilə əlaqələrin qurulması.
  • Sığorta hadisəsi nəticəsində zərər çəkmiş tərəflə ödəniş vasitəsinin ya növünün  razılaşdırılması.
  • Sığortalının əmlakının təmirinin təşkili və təmirə nəzarət edilməsi.
  • Fəaliyyəti zamanı müştəri məmnuniyyətinin təmin olunması.
  • Qiymətləndirmə şirkəti və təmir müəssisələrində  qüsur aktlarının qəbul edilməsi.
  • Təmir müəssisələri, qiymətləndirmə şirkətləri və ehtiyat hissə satışı mərkəzləri ilə əlaqələrin qurulması.
  • Qiymətləndirmə xidməti və təmir müəssisələri ilə bağlanan müqavilələrin hazırlanmasında iştirak etməsi.
  • Vəzifə təlimatından irəli gələn digər işləri həyata keçirmək.

Əmək şəraitinin şərtləri:

  • Əmək haqqı: namizədin təcrübə və səriştəsinə uyğun olaraq müəyyən olunur.  
  • İş vaxtı: 09:00-dan 18:00 –dək olmaqla 5 günlük iş həftəsi.
  • Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.   
  • Tibbi sığorta təminatı.
  • Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.  
  • “Meqa Sığorta” ASC-nin Təlim akademiyasında təlim almaq imkanı.

Zəhmət olmasa mövzu bölməsində “Qiymətləndirmə - Mütəxəssis” qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin. Vakansiya tələblərinə  uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqdır.

 

Risklərin idarə olunması üzrə baş mütəxəssis

 Son tarix 20 iyl 2024 - [email protected]

Namizədlərə olan tələblər:

  • Təhsil:  Ali - İqtisadiyyat, Maliyyə və ya Riyaziyyat üzrə. 
  • İş təcrübəsi: Risklərin idarə olunması sahəsində - 3 il
  • Müvafiq sahə üzrə qanunvericilik bilikləri.
  • Kompüter  bacarıqları: MS Office proqramlarından istifadə bacarığı, Pythonda işləmək bacarığı üstünlükdür.
  • Dil bilikləri: Azərbaycan dili,  İngilis dili: C 1 dərəcədə.
  • Riyazi, statistik biliklər. CFA və ya FRM sertifikatı arzuolunandır.
  • Şəxsi keyfiyyətlər və bacarıqlar:  Risk yönümlü düşüncə,  təhlil etmə, yazılı və şifahi kommunikasiya, komanda da işləmək bacarığı, operativlik,  intizamlılıq, dəqiqlik və məsuliyyət.

Əsas vəzifə öhdəlikləri:

  • Monitorinq - Maliyyə təşkilatları və təkrarsığorta şirkətlərinin reytinqlərinin nəzarətdə saxlanılması və onların mütəmadi yenilənməsində iştirak etmək.
  • Metodologiyaların hazrlanması - Maliyyə risklərinin idarə edilməsi ilə bağlı siyasət sənədlərinin, prosedur və metodologiyaların hazırlanması va yenilənməsində iştirak etmək.
  • Risklərin müəyyənləşdirilməsi - Mütəmadi olaraq risklərin qiymətləndirilməsində və onun nəticəsində risk xəritəsinin hazırlanmasında iştirak etmək.
  • Təhlil/Təklif - Şirkətin kapital adekvatlığı və stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə baglı təkliflərin verilməsində iştirak etmək.
  • Təhlil/Təklif – Maliyyə riskləri limitlərinin hesablanmasına dair təkliflərin verilməsi.
  • Risk İştahası Bəyənnamasi - Risk İştahası Bəyannaməsinin hazrlanmasında iştirak etmək.
  • Risklərin qiymətləndirilməsi - Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədilə digər departamentlərdan, elektron infomasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək.
  • Risklərin qiymətləndirilməsi - Riyazi va statistik metodlardan istifadə etməklə maliyyə risklərinin qiymətləndirilməsi.
  • Dəstək - Maliyyə riskləri ilə bağlı șirkətin digər departamentlərinə məsləhətər vermək və metodoloji yardan göstərmək
  • Hesabatlıq - Müvafiq daxili hesabatların hazırlanmasında iştirak etmək
  • Vəzifə təlimatından irəli gələn digər işləri həyata keçirmək.

Əmək şəraitinin şərtləri:

  • Əmək haqqı: namizədin təcrübə və səriştəsinə uyğun olaraq müəyyən olunur.  
  • İş vaxtı: 09:00-dan 18:00 –dək olmaqla 5 günlük iş həftəsi.
  • Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.   
  • Tibbi sığorta təminatı.
  • Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.  
  • “Meqa Sığorta” ASC-nin Təlim akademiyasında təlim almaq imkanı.

Zəhmət olmasa mövzu bölməsində “Baş mütəxəssis - Risklərin idarə olunması” qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin. Vakansiya tələblərinə  uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqdır.

 

Qəza eksperti

 Son tarix 20 iyl 2024 - [email protected]

Namizədlərə olan tələblər:

  • Təhsil: Ali və ya orta ixtisas təhsil;
  • İş təcrübəsi: Sığorta hadisələrinin tənzimlənməsi sahəsində - 2 il;
  • Kompüter bacarıqları: Microsoft Office  Word və Excel – sərbəst istifadəçi.
  • Dil bilikləri: Azərbaycan dili, rus dilində ünsiyyət saxlaya bilmək - arzuolunandır;
  • Qanunvericilik bilikləri: Mülki Məcəllənin 50 fəsli,  İcbari sığortalar haqqında Qanun, Yol hərəkəti haqqında Qanun;
  • Sürücülük vəsiqəsi: B kateqoriyası.
  • Şəxsi keyfiyyətlər və bacarıqlar: Təhlil etmə, yazılı və şifahi kommunikasiya, komanda da işləmək bacarığı, operativlik,  intizamlılıq, dəqiqlik və məsuliyyət.

Əsas vəzifə öhdəlikləri:

  • Baş vermiş sığorta hadisəsi yerinə çıxış.
  • Baş vermiş sığorta hadisəsinin yerində araşdırılması.
  • Zəruri sənəd və sübutların toplanması.
  • Tələb olan hallarda sürücü və ya sığorta obyektini istifadə edən şəxsin tibbi müayinədən keçməsini təşkil etməsi.
  • Müayinədə iştirak etməsi və müvafiq qeydlərin aparılması.
  • Gündəlik olaraq sığorta hadisələrinin uçotunun aparılması və əməliyyat proqramına işlənməsi.
  • Vəzifə təlimatında qeyd olunan digər xidməti vəzifələrin icrası.

Əmək şəraitinin şərtləri:

  • Əmək haqqı: namizədin təcrübə və səriştəsinə uyğun olaraq müəyyən olunur.  
  • Növbəli iş qrafikı.
  • Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.   
  • Tibbi sığorta təminatı.
  • Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.  
  • “Meqa Sığorta” ASC-nin Təlim akademiyasında təlim almaq imkanı.

Zəhmət olmasa mövzu bölməsində Qəza eksperti qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
2
fed.az

4Mənbələr