AZ

Sloveniya millisinin kapitanı: “Bu utancvericidir”

Sloveniya və Serbiya yığmalarının qarşılaşdığı Avropa çempionatının C qrupunun 2-ci turunun oyunu keçirilib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Matc.az xəbər verir ki, Sloveniya millisinin qapıçısı və kapitanı Yan Oblak Almaniyada keçirilən Avropa çempionatının 2-ci turunda Serbiya ilə oyunun nəticəsindən danışıb. “Bu utancvericidir, çünki qələbəyə çox yaxın idik. Bu futboldur. Biz çox yüksək səviyyədə oynadıq, lakin təəssüf ki, hesabı qoruya bilmədik”. Xatırladaq ki, Avropa çempionatının 1-ci turunda Sloveniya millisi Danimarka ilə 1:1 hesabı ilə heç-heçə edib, Serbiya millisi isə İngiltərəyə uduzub - 0:1.    

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
matc.az

1Mənbələr