AZ

"Real"ın ardından "Barsa" da onu istəyir

"Real"ın ardından "Barsa" da onu istəyir

"Tottenhem"in hücumçusu Harri Keyn daha bir Avropa nəhənginin maraq dairəsinə düşüb. Offside.com.az xəbər verir ki, ulduz futbolçu uğrunda "Real"la mübarizəyə əzəli rəqibi "Barselona" da qoşulub.

Kataloniya klubunun idman direktoru Roberto Fernandes Çempionlar Liqasının III turunda keçirilən "Real" – "Tottenhem" (1:1) matçını "Santyaqo Bernabeu" stadionundan canlı izləyib. Fernandesin məqsədi Keynlə yanaşı, yarımmüdafiəçi Kristian Eriksenin oyununa baxmaq olub. "Barselona" rəhbərliyi danimarkalı pleymeykeri "Liverpul"un lideri Koutinyoya alternativ hesab edir.

Qeyd edək ki, Harri Keyn üçün bir müddət əvvəl "Real"dan təklif alan "Tottenhem" hücumçunun qiymətinin 200 milyon funt-sterlinq olduğunu bəyan edib.

apasport.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
sonxeber.az

1Mənbələr