AZ

İspaniya 8 ildir, İtaliyaya məğlub olmur - Statistika

Bu gün Avropa çempionatının qrup mərhələsinin ikinci turunda İspaniya və İtaliya milliləri üz-üzə gələcək. 

Apasport.az xəbər verir ki, B qrupunda qarşılaşacaq komandalar 40-cı dəfə qarşılaşacaqlar. 

Daha əvvəl baş tutan görüşlərdə İspaniya 14, İtaliya isə 11 dəfə qalib gəlib. 14 matçda qalib müəyyənləşməyib.

Sözügedən matçlarda İspaniya 45, İtaliya isə 46 qolla yadda qalıb. 

Qeyd edək ki, italiyalılar son 5 matçda rəqibini məğlub də bilməyib. İtalyanların son qələbəsi 2016-cı ildə keçirilən Avropa çempionatında olub -  2:0. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
apasport.az

1Mənbələr