AZ

“Bu gün Ukrayna Rusiyaya görə əziyyət çəkir, sabah bu, Özbəkistan ola bilər” – Aİ sözçüsü

“Bu gün Ukrayna Rusiya Federasiyasına görə əziyyət çəkir, sabah isə Özbəkistan ola bilər”.

interpress.az xəbər verir ki, bu barədə Aİ-nin beynəlxalq əlaqələr üzrə sözçüsü Peter Stano Mərkəzi Asiya mediasına müsahibəsində bildirib.

“İndi vəziyyət belədir ki, qonşularınızdan biri və ya çox vacib tərəfdaşınız beynəlxalq qaydaları pozur. Bu iş həmişəki kimi davam etdirilə bilməz. Çünki bu gün Ukrayna bu pozuntulardan əziyyət çəkir, sabah isə bu, Özbəkistan və ya hər hansı başqa ölkə ola bilər”, – Stano deyib.

Onun sözlərinə görə, Aİ Mərkəzi Asiya ölkələrinə öz mövqeyini tətbiq etmir. Lakin qeyd edib ki, onlar “lazımsız qarşılıqlı asılılıqlar yaratmamalıdırlar, çünki onlar ölkələrin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə xələl gətirə bilər”.

Bundan əlavə, o, yalnız bir təchizatçıdan və ya tərəfdaşdan asılı olmamaq üçün iqtisadiyyatda şaxələndirmənin vacibliyini vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
interpress.az

1Mənbələr