AZ

“Azərbaycan bölgədə eskalasiyaya getmək istəmir və…”- Qafar Çaxmaqlıdan ilginc şərh

“Rusiyalı ekspert İqor Korotçenkonun fikirləri Ermənistanda da müzakirə edilməkdədir. Bəziləri onun “Ermənistan Zəngəzuru itirəcək” ifadəsini Putindən gələn ibarə olaraq görür və Ermənistanın Rusiya tərəfindən cəzalandırılması anlamı kəsb etdiyini güman edir”.

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı bunu Musavat.com-a açıqlamasında bildirib.

Politoloq rusiyalı siyasi analitik İqor Korotçenkonun Azərbaycanın Zəngəzura geri alacağı ilə bağlı ermənilərə xəbərdarlığına reaksiyasında bu fikirləri açıqlayıb. Bəs, Rusiya buna razılıq verərmi? Q.Çaxmaqlı:

“Məncə, hələ o mərhələyə xeyli var. Ermənistan Qərbin Rusiyanı bölgədən çıxarmaq siyasətinə dəstəyini davam etdirərsə, Zəngəzurla bağlı Korotçenkonun dediyi plan işə düşəcək. Rusiyanın əlində 9 noyabr 2020 Bəyannaməsi var və 9-cu bəndin yerinə yetirilmədiyi arqumenti var. Həmçinin Kremlin Ermənistandan bu öhdəliyi tələb etmə haqqı var. Və komunikasiyaların açılması Rusiya üçün indiki halda həyati əhəmiyyətli məsələ halına gəlib”. Q.Çaxmaqlı hesab edir ki, Azərbaycan da eyni tələb irəli sürür: “Zəngəzur yolu ilə bağlı Ermənistanda müəyyən yumsaldıcı bəyanatlar olsa da, mövqe dəyişikliyi hələ ki, hiss olunmur. Azərbaycan bölgədə eskalasiyaya getmək istəmir və 9-cu bəndin yerinə yetirilməsi üçün əlindən gələni edir. Ortada sülh sazişinin mətni varsa, onun imzalanması daha real görünür. Əlbəttə, Qərbi Zəngəzurin 1920-ci ildə bir bəyanatla Ermənistana verilməsini nəzərdə tutan 30 noyabr 1920-ci il tarixli Azərbaycan İnqilab Komitəsinin qərarının ləğv edilməsi ilə tarixi ərazilərimizin geri alınması daha məqbul variant olardı. Amma bunlar gələcəyin işidir. Dünyada gedən proseslərin hansı istiqəmətdə irəliləyəcəyindən asılı olacaq”.

ELŞAD,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
musavat.com

1Mənbələr