AZ

AÇ-2024:İngiltərə Danimarkaya qarşı-YENİLƏNİR

Almaniyada keçirilən Avropa çempionatında qrup mərhələsinin oyunları davam edir. 

Fanat.Az xəbər verir ki, II tur çərçivəsində bu gün növbəti görüşlər baş tutacaq.

Günün ilk qarşılaşması Münhen şəhərində Sloveniya və Serbiya seçmələri arasında baş tutub. Sloveniya hesabı açsa da, üstünlüyünü son saniyələrdə əldən verib. 

Qryd edək ki, sloveniyalılar C qrunun ilk matçında Danimarka ilə də bərabərə qalmışdı - 1:1. Serblər isə İngiltərəyə 0:1 hesabı ilə məğlub olmuşdu.

Bu qrupun digər oyununda isə Danimarka və İngiltərə komandaları Frankfurtda münasibətlərinə aydınlıq gətirəcəklər.

Günün son qarşılaşması B qrupunun favoritləri İspaniya və İtaliya arasında keçiriləcək. Oyun Helzenkirhen şəhərində reallaşacaq.
İlk turda İspaniya Xorvatiyaya 3:0, İtaliya isə Albaniyaya 2:1 hesabı ilə qalib gəlib.

AÇ-2024
20 iyun
II tur

C qrupu

Sloveniya - Serbiya 1:1 
Qollar: Jan Karniçnik, 69 - Luka Yoviç, 90+5.

Baş hakim: İştvan Kovaç (Rumıniya).
Münhen, "Alyans Arena".

Danimarka - İngiltərə 0:0 (1-ci hissə)
Baş hakim: Artur Diaş (Portuqaliya).
Frankfurt, "Valdştadion".

B qrupu

23:00. İspaniya - İtaliya
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Helzenkirhen, "Feltins Arena".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
50
fanat.az

10Mənbələr