Avrokuboklarda təmsilçilərimizin rəqibləri artıq bəllidir.

"Qarabağ" Çempionlar Liqasının II təsnifatında “Linkoln” (Cəbəllütariq) - “Hamrun” (Malta) cütünün qalibi ilə qarşılaşacaq. Avropa Liqasında "Zirə" "Şerif"lə üz-üzə gələcək. Konfrans Liqasında isə "Sabah" Hayfa "Makkabi"sinə (İsrail) "Sumqayıt" “Fehervar”a (Macarıstan) rəqib oldu. Klublarımızın şanslarını dəyərləndirməsi üçün Ceyhun Sultanovla əlaqə saxladıq. Veteran futbolçu Offsideplus.az-a açıqlamasında bunları söylədi:

"Zirə"nin rəqibi çətin olsa da, məncə, mərhələni keçmə şansı 50 faizdir. 

"Sabah"ın rəqibi isə olduqca güclü və ağırdır. Bütün bu klubların arasında ən çətin komanda Masazır təmsilçisinə düşüb. Burada da şansları 50 faiz olaraq dəyərləndirirəm. 

"Sumqayıt"da da vəziyyət digərlərində dediyim kimi olacaq. Ən şanslı komandamız isə "Qarabağ"dır. Çünki oturuşmuş heyəti var. Əsasən də Avropa təcrübəsi kifayət qədərdir. Hər bir klubumuza uğurlar arzulayıram."