AZ

Xəzərdə süni torpaq sahələrin yaradılması barədə fərmana dair SƏRƏNCAM

Bakı. Trend:

Baş nazir Əli Əsədov “Xəzər dənizinin (gölünün) AzərbaycanRespublikasına mənsub olan bölməsində süni torpaq sahələrininyaradılması haqqında” qanunun tətbiqi barədə” Prezidentinfərmanının icrasının təmin edilməsi haqqında sərəncamimzalayıb.

Trend xəbər verir ki, sənədə əsasən, Ədliyyə Nazirliyiİqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, DövlətŞəhərsalma və Arxitektura Komitəsi və icra prosesində müəyyənediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqişəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikasıqanunlarının, Azərbaycan Respublikası Prezidentinin aktlarının vəAzərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqiaktlarının “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasınamənsub olan bölməsində süni torpaq sahələrinin yaradılmasıhaqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli1143-VIQ nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təklifləriniiki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinətəqdim etməlidir.

İqtisadiyyat Nazirliyi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi vəicra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları(dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qanunun 9-cumaddəsinə uyğun olaraq, süni torpaq sahəsinin yaradılması məqsədiləayrılmış su fondu torpaq sahəsinə və süni torpaq sahəsinə görəödənilən icarə haqqının məbləği ilə bağlı təkliflərini on beş günmüddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdimetməlidir.

Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq,Qanunun icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilindənormayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativhüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatıƏdliyyə Nazirliyinə təqdim etməlidirlər və icra vəziyyəti tələbetdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativhüquqi aktlarının və normativ xarakterli aktların Qanunauyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətindəNazirlər Kabinetinə məlumat verməlidir.

Bu Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər KabinetiAparatının Hüquq və qanunvericilik şöbəsinə və Aqrar və ekologiyaşöbəsinə həvalə edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
22
az.trend.az

10Mənbələr