Adrien Rabyo karyerasını İspaniya La Liqasında davam etdirə bilər. 

Offsideplus.az xəbər verir ki, fransız futbolçu ilə "Real Madrid" klubu yaxından maraqlanır. 

"Kral klubu" Rabyonu azad agent olaraq heyətinə cəlb etməyi düşünür. 

Bu barədə "Qazetta İtalia" nəşri məlumat yayıb. 

Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi 2019-cu ildən "Yuventus"un formasını geyinir.