AZ

Hindistanda kişi əməliyyatdan sonra cinsiyyət orqanının amputasiya olunduğunu öyrənib

Hindistanda bir kişi əməliyyatdan sonra oyandı və penisinin amputasiya edildiyini bilib.

32gun.az xəbər verir ki, bu marədə "Daily Mail" yazıb.

Zərərçəkmiş şəxs özü iddia edib ki, torpaq mübahisəsi zəminində fırıldaqçıların qurbanı olub.

Uttar Pradeşdən olan və yalnız Mücahid kimi tanınan bir adam, qonşusunun onu təcili tibbi yardıma ehtiyacı olduğuna inandırdığını söyləyib. Bu sözlərə inanan hindistanlı yerli xəstəxanaya gedib və orada həkimlər onun həqiqətən təcili əməliyyata ehtiyacı olduğunu təsdiqləyiblər.

Mücahid əməliyyatdan ayılanda penisinin kəsildiyini aşkar etdi. O, əmindir ki, buna görə həkimləri razı salan həmin qonşu da günahkardır. Və buna səbəb iki ildən artıqdır davam edən torpaq mübahisəsi olub.

"O, məni kişidən qadına çevirəcəyini söylədi" deyə hindli xatırlayıb.

Kənd sakinləri və fermerlər həmkarlar ittifaqının üzvləri xəstəxananın pəncərələri qarşısında piket keçirərək cinayətkarların həbs edilməsi tələbi ilə Mücahidə dəstək olublar. Daha sonra polis hindlinin qonşusunu həbs etdiklərini və həkimləri də araşdırdıqlarını bildirib.

"Mücahidin ailəsi və etirazçılar tərəfindən irəli sürülən bütün iddialar hərtərəfli araşdırılacaq və təqsirli bilinənlərə qarşı müvafiq hüquqi tədbirlər görüləcək", - səlahiyyətlilərin bəyanatında deyilir.

Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
32gun.az

1Mənbələr