AZ

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası qızıl medalla qayıdır » AzadMedia.az


Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarında yunan-Roma güləşçilərimizdən Arif Niftullayev (97 kq) qızıl, Ziya Babaşov (63 kq) və Təvəkkül Həziyev (67 kq) gümüş, Tuncay Vəzirzadə (82 kq), Məhəmməd Əhmədiyev (97 kq), Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıblar.

Beləliklə, 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası 151 xalla komanda hesabında 3-cü yeri tutub.
Təbrik edirik!
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
2
azadmedia.az

3Mənbələr