AZ

 Prezident İlham Əliyevin siyasi fəaliyyətində ordu quruculuğu həmişə prioritet məsələ olub

Vətən Müharibəsindəki tarixi Zəfərimiz bir daha göstərdi ki,  ölkəmiz nəinki, regionda hətta MDB məkanında ən güclü orduya malikdir. Məhz bu gücün nəticəsidir ki, qısa müddətdə, cəmi 44 günlük Müharibədə işğal altındakı 8 rayonumuzu,  bir qala şəhərimizi azad etdik. Bu, hər beş günə bir rayonun azad edilməsi demək idi. Azərbaycan Ordusu postmüharibə dövründə daha da təkmilləşərək öz döyüş qabiliyyətini xeyli artırdı. Məhz bunun nəticəsidir ki,  ordumuz Qarabağdakı separatçı- terrorçu xuntaya və onun hər növ silah və sursatla təmin edilmiş silahlılarına qarşı keçirdiyi lokal xarakterli antiterror tədbirlərini qısa müddətdə, uğurla başa çatdırdı. Xankəndidəki xunta rəhbərləri ağ bayraq qaldıraraq təslim oldular. Bu dəfə də ordumuz öz döyüş qabiliyyətini dünyaya nümayiş etdirərək  23 saat 42 dəqiqəyə minlərlə kvadrat kilometr ərazi də işğalçılardan azad etdi.  

Bu bir həqiqətdir  ki, müharibədən ötən 3 il yarımda ordumuzun döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması, onun müasir silah, hərbi texnika ilə təchizatı və bir sıra digər tədbirlər Azərbaycanın Ermənistan üzərində üstünlüyünün qorunub saxlanmasını təmin edir. Azərbaycanın müdafiə naziri, general-polkovnik  Zakir Həsənov  mətbuata müsahibələrində məhz bu məsələlərə toxunaraq qeyd etmişdi ki, müharibədən sonra Ali Baş Komandan İlham Əliyev  Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyub və hərbi islahatların növbəti mərhələsinin başlanması barədə göstərişlər verib. Müzəffər Ali Baş Komandan modernləşmə, silahlanma və hazırlıq sahələrində ordunun ən yüksək göstəricilərə sahib olması üçün konkret plan və tədbirlər hazırlayıb, onların təxirəsalınmaz icrasını tapşırıb.

Hal- hazırda  bəzi hərbi hissələrimiz azad edilmiş ərazilərimizdə xidmətlərini mükəmməl şəkildə aparırlar. Həmçinin bu torpaqlarda yeni hərbi hissələr, hərbi şəhərciklər salınmaqla fəaliyyət göstərirlər. Azərbacan Prezidenti, Ali Baş Komandanımızın tapşırıqlarından biri də Komando hərbi hissələrinin təşkil edilməsi idi. Artıq bu tapşırıq da uğurla icra olunmaqla işğaldan azad edilmiş Xocavənd və Kəlbəcər rayonlarında Komando briqadaları yaradılıb. Komando briqadalarının  yaradılması ölkəmiz üçün yenilikdir. Bu briqadalarda yüksək təlim keçmiş, iradəli və Vətən uğrunda özlərini fəda etməyə hazır olan hərbçilər xidmət edirlər. Komando briqadası ən son hərbi avadanlıq və silahlarla təchiz edilmiş müqaviləli mütəxəssislərdən ibarət daim hazırlıqlı, yüksək mobil hava-desant hücum birləşməsidir. Onlar günün istənilən vaxtında həm dağlıq, həm meşəlik ərazilərdə, həm də şəhər şəraitində hər an baş verə biləcək silahlı münaqişələrdə dərhal döyüşməyə hazırdırlar. Bu briqadalar təcrid olunmuş və ya əsas qüvvələrdən ayrı qaldığı halda vahid informasiya- kommunikasiya məkanında qalmaqla döyüş əməliyyatlarını aparmağa qadirdilər. Məhz bu qüdrətinə görə də yeni yaradılan Komando hərbi hissələri ermənilərin kabusuna çevrilib.  

Təbii ki, hər zaman olduğu kimi Azərbaycan Ordusu öz bayramını- 26 iyun Azərbaycan Silahlı Qüvvələri Gününü böyük tarixi qələbələrlə qarşılayır. Məhz  Müzəffər Ordumuzun şəxsi heyəti döyüş qəhrəmanlıqlarına və hərbi-nizam –intizamına görə bu gün də bizim qürur mənbəyimizdir.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
ikisahil.az

1Mənbələr