AZ

Arda Gülər Ronaldonun rekordunu yenilədi

Məlum olduğu kimi Türkiyə AÇ-2024-ün ilk oyununda Gürcüstanı 3:1 hesabı ilə məğlub etdi.

“Football-plus.az” xəbər verir ki, Türklərin gənc ulduzu Arda Gülər ikinci hissədə səhnəyə çıxaraq mükəmməl zərbə ilə qələbə qolunun müəllifi oldu. Bu qolla ''Real''ın üzvü birdən-birə iki rekordu yenilədi. O, 19 yaş 114 günlüyündə fərqlənməklə Türkiyənin dünya və Avropa çempionatlarında qol vuran ən gənc futbolçusuna çevrildi. Bundan başqa Arda Gülər AÇ-də debüt oyununda qol vuran ən gənc futbolçu kimi turnirin tarixinə düşdü. Əvvəlki rekord Kriştiano Ronaldoya məxsus idi. Portuqaliyalı superulduz AÇ-2004-ün Yunanıstana qarşı açılış oyununda 19 yaş 128 günlüyündə fərqlənmişdi.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
football-plus.az

1Mənbələr