AZ

Lənkəran Müalicə və Diaqnostika Mərkəzində su yoxdur, xəstələr natəmizlikdən şikayətçidirlər - İDDİA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ötən gün Lənkəran Müalicə və Diaqnostika Mərkəzində stasionar müalicə alan pasiyentlərdən biri tibb müəssisəsində vəziyyətin acınacaqlı olduğunu bildirib. Məlumatda sözügedən xəstəxanada su kranlarının sınıq olduğu, müəssisədə su təchizatının işləmədiyi və sanitar qovşaqların bərbad olduğu da iddia edilib.
Oxu.Az xəbər verir ki, tibb müəssisəsində iddia edildiyi kimi natəmizlik olub-olmadığını dəqiqləşdirmək məqsədilə sözügedən Lənkəran Müalicə və Diaqnostika Mərkəzi ilə əlaqə saxlamağa çalışdıq. Lakin təəssüf ki, qeyd edilən (+994 2525) 4-79-75 əlaqə nömrəsinə cavab verən tapılmadı.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 5-də Lənkəran Regional Perinatal Mərkəzə gələn magistral qaz xəttində problem yaranıb, ətrafda yaşayan əhali üçün təhlükə yaratdığından təmir-bərpa işləri səbəbindən qazın verilişi müvəqqəti olaraq dayandırılıb:
"Bu səbəbdən mərkəzin pasiyentlərinin isti suya olan tələbatında problemlər yaranıb. Yaranan vəziyyət tezliklə aradan qaldırılacaq. Əlavə olaraq bildirmək istəyirik ki, Regional Perinatal Mərkəzdə su problemi yoxdur və bütün sanitar qovşaqlarda su kranları işlək vəziyyətdədir. Mərkəzin camaşırxanası fəaliyyət göstərir, yataq dəstləri də sanitar-gigyenik normalara uyğun yenilənir.
Perinatal Mərkəzdə sanitar-gigiyena qaydalarına tam əməl olunur, vaxtaşırı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və xəstəxana daxili İnfeksiyaya nəzarət komitəsinin təlimatına uyğun olaraq dezinfeksiaya işləri aparılır.
Məlumat üçün bildiririk ki, hamilə qadın iyunun 8-də Lənkəran Regional Perinatal Mərkəzdə təbii doğuş yolu ilə dünyaya qız uşağı gətirib və zahılıq dövrünün qaydalarına uyğun olaraq tibbi yardım alıb. Yenidoğulmuş Neonatologiya şöbəsində nəzarətdə saxlanılıb.
Zahı qadın mərkəzdə olduğu müddətdə tibbi xidmətdən narazı olmayıb və bunu Perinatal Mərkəzin məmnunluq jurnalında hər gün üçün öz imzası ilə təsdiq edib".
Könül Cəfərli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
33
oxu.az

10Mənbələr