AZ

Aslan Əmiraslanov 3 qızıl medalla Avropa çempionu olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



15-23 iyun tarixlərində Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir. 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılıb.
Oxu.Az xəbər verir ki, bu gün onlardan daha ikisi - Allahverdi Qaragözov və Aslan Əmiraslanov körpücük üzərinə çıxıblar. Onlar yaşı 15-ə qədər olan atletlər arasında 89 kq çəki dərəcəsində qüvvələrini sınayıblar.
Allahverdi Qaragözov toplam 225 kq (100+125) nəticə ilə 5-ci yeri tutub.
Aslan Əmiraslanov isə böyük uğurla yadda qalıb. Atletimiz birdən qaldırma hərəkətində 114 kq-ı ram edib və bu hərəkətdə Avropa birinciliyinin qızıl medalçısı olub.
O, təkanla qaldırma hərəkətində 140 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə də bütün rəqiblərini üstələyib.
Aslan toplam 254 kq (114+140) nəticə ilə yekun sıralamada da qızıl medala sahib çıxaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və yarışı 3 qızıl medalla bitirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
20
oxu.az

10Mənbələr