AZ

Baş nazirdən müdafiə və dövlət təhlükəsizliyi ilə bağlı VACİB QƏRAR

Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları və onlarla bağlı satınalmaların keçirilməsi Qaydası müəyyənləşib.

Publika.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları aşağıdakılardır:

- Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün və əhalinin təcavüzdən qorunması;

- Konstitusiya quruluşunun, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması;

- Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsinin, müdafiəsinin və toxunulmazlığının təmin edilməsi;

- kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi;

- terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə;

- müdafiə sənayesinin inkişafının təmin edilməsi;

- sülhməramlı missiyanın həyata keçirilməsi;

- mühafizə olunan şəxslərin təhlükəsizliyinin təmin edilməsi;

- strateji əhəmiyyətə malik dövlət obyektlərinin, ixrac neft və qaz boru kəmərlərinin və onların infrastruktur obyektlərinin mühafizəsinin təmin edilməsi;

- kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi və kibercinayətkarlığa qarşı mübarizə;

- xüsusi rabitənin və informasiya təhlükəsizliyinin təmin edilməsi;

- məhkumların və həbsdə saxlanılan şəxslərin müşayiəti və mühafizəsi;

- mülki müdafiənin təşkili;

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
7
publika.az

8Mənbələr