AZ

Fransalı futbolçu: Van Deykə qarşı oynamaq çətin olacaq

Fransa millisinin müdafiəçisi Vilyam Saliba AVRO-2024-ün qrup mərhələsində Niderlandla keçiriləcək II tur oyunu barədə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, rəqibin heyətində mərkəz müdafiəçisi Vircil van Deyki fərqləndirib. Saliba hücumçularının ona qarşı çətin anlar yaşayacağını düşünür: “Fikrimcə, van Deyk indiyə qədər gördüyüm ən yaxşı müdafiəçilərdən biridi. O komandası üçün etalondu. Vircilə qarşı bir neçə dəfə oynamaq mənə qismət olub. Belə müdafiəçiyə qarşı hərəkət etmək çətin olacaq”. Qeyd edək ki, Fransa ilə Niderland arasında oyun sabah keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
matc.az

1Mənbələr