Manset. az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Paolo Vanolinin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. "Venesiya" 51 yaşlı mütəxəssisin rəhbərliyi altında İtaliya B Seriyasının 2023/2024 mövsümünü qalib kimi başa vuraraq A Seriyasına yüksəlib.
Qeyd edək ki, P.Vanoli daha əvvəl Rusiyanın "Spartak" (Moskva) kollektivini çalışdırıb.