AZ

Jurnalist AVRO-2024-dən uzaqlaşdırıldı

Kosovolu jurnalist Arlind Sadiku Avropa çempionatındakı fəaliyyətindən məhrum edilib. Matc.az xəbər verir ki, buna səbəb onun serbiyalı azarkeşlərlə yaşadığı insident olub. Qalmaqal AVRO-2024-ün qrup mərhələsində Serbiya - İngiltərə görüşündə (0:1) baş verib. Bəzi serb azarkeşlər matçın keçirildiyi Gelzenkirxen stadionunda “Kosovo Serbiyadı” şüarları səsləndiriblər. Sadiku isə onlara Kosovo və Albaniyanın simvolu olan ikibaşlı qartal jesti göstərərək, “Kosovo Albaniyanın ürəyidi” deyib. Bundan sonra fanatlar ona əşyalar atmağa başlayıblar. Daha sonra Serbiya Futbol İttifaqı UEFA-dan jurnalistin cərimələnməsini və akkreditasiyadan məhrum edilməsini tələb edib. Qitə futbol qurumu Sadikunun jurnalist kimi akkreditasiyasını ləğv edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
1
matc.az

2Mənbələr