AZ

AVRO-2024: İlk iki oyunda qol vuran üçüncü alman

Almaniya millisinin futbolçusu Camal Musiala tarixə düşüb. Gənc yarımmüdafiəçi AVRO-2024-ün qrup mərhələsində keçirilən ilk iki oyunda da fərqlənib. Almaniya millisinin futbolçusu Camal Musiala tarixə düşüb. Matc.az xəbər verir ki, gənc yarımmüdafiəçi AVRO-2024-ün qrup mərhələsində keçirilən ilk iki oyunda da fərqlənib. Musiala həm Şotlandiyanı 5:1, həm də Macarıstanı 2:0 hesabı ilə məğlub etdikləri görüşdə qol vurub. 21 yaşlı vinger Avropa çempionatının ilk iki matçında qol vuran üçüncü alman olub. Əvvəllər bənzər nailiyyəti Gerd Müller (1972) və Mario Qomes (2012) əldə etmişdilər. Fransalı Mişel Platini (1984) və ispaniyalı David Vilya (2008) da buna nail olublar. Qeyd edək ki, Almaniya yığması qrup mərhələsinin son oyununu iyunun 23-də İsveçrəyə qarşı keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
matc.az

1Mənbələr