AZ

Roma klubu “Mançester Yunayted”in hücumçusunu alır

“Latsio” “Mançester Yunayted”in hücumçusu Meyson Qrinvudu transfer etmək fikrindədi. Matc.az xəbər verir ki, Roma klubu bununla bağlı qarşı tərəflə danışıqlar aparır. Paytaxt təmsilçisi 22 yaşlı ingilisin keçidi müqabilində 35 milyon avro təklif edib. Klublar arasında danışıqların müsbət məcrada getdiyi qeyd edilir. Qrinvudun “qırmızı şeytanlar”la müqavilə müddəti gələn ilin yayına qədərdi. Qeyd edək ki, Meyson Qrinvud ötən mövsümü icarə əsasında “Xetafe”də keçirib. O, İspaniya klubunun heyətində bütün turnirlərdə 36 oyuna çıxıb, 10 qol vurub, 6 assist edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
matc.az

1Mənbələr