AZ

AVRO-2024: İngiltərə millisində itki

AVRO-2024-ün qrup mərhələsində bu gün Danimarka ilə qarşılaşacaq İngiltərə yığması meydana itki ilə çıxacaq. “Dumanlı Albion” təmsilçisi müdafiəçisi Lük Şounun xidmətindən məhrum olacaq. AVRO-2024-ün qrup mərhələsində bu gün Danimarka ilə qarşılaşacaq İngiltərə yığması meydana itki ilə çıxacaq. Matc.az xəbər verir ki, “Dumanlı Albion” təmsilçisi müdafiəçisi Lük Şounun xidmətindən məhrum olacaq. Baş məşqçi Qaret Sautqeyt “Mançester Yunayted”in müdafiəçisinin bud nahiyəsindən aldığı zədənin hələ də tam sağalmadığını söyləyib: “Lük Danimarka ilə matçda oynamayacaq. O, əvvəlcə planlaşdırılan yolla davam etməlidi. Elə günlər olur ki, başqalarından daha çox iş görməlidi və sağalmalıdı. Şou hələ də məşqlərdə iştirak edir və fərdi proqram üzərində çalışır”. Qeyd edək ki, II tur çərçivəsində keçiriləcək Danimarka – İngiltərə oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
matc.az

1Mənbələr