AZ

Türkiyə - Portuqaliya oyunu üçün alman hakim

Türkiyə yığmasının AVRO-2024-də keçirəcəyi ikinci oyunun hakim təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, qrup mərhələsinin 2-ci turunda baş tutacaq Türkiyə - Portuqaliya matçı alman referiyə həvalə edilib. Qarşılaşmanı Almaniya Futbol Federasiyasından Feliks Zvayer idarə edəcək. Ona həmyerliləri Stefamo Lupp və Marko Açmüller yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə Xesus Gil Manzano (İspaniya) icra edəcək. Qeyd edək ki, Türkiyə - Portuqaliya matçı iyunun 22-də reallaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
1
matc.az

2Mənbələr