AZ

“Araz-Naxçıvan” yay hazırlıq planını açıqladı

Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünə hazırlaşan “Araz-Naxçıvan”ın yay hazırlıq planı məlum olub.

Arena.az xəbər verir ki, komanda üzvləri iyunun 25-dən 27-nə qədər tibbi müayinədən keçəcəklər.

Yeni mövsümün ilk məşqinə isə iyunun 28-də start veriləcək. Məşqlərini iyulun 8-dək Bakıda reallaşdıracaq “qırmızı-ağlar” yekunda bir yoldaşlıq matçında gücünü sınayacaq. Oyunun keçirilmə yeri və rəqib haqda əlavə məlumat veriləcək.

Bir günlük istirahətin ardından – iyulun 10-da komanda Türkiyəyə yollanacaq. Ərzurumdakı toplanış iyulun 25-dək davam edəcək. İki həftəlik hazırlıq müddətində “Araz-Naxçıvan” 3 yoxlama (iyulun 14-də, 19-da və 24-də) oyunu keçirəcək. Rəqiblərlə bağlı əlavə məlumat veriləcək.

İyulun 27-dən Bakıda məşqlərini bərpa edəcək komanda mövsümün ilk matçına hazırlaşacaq.

Seçilən
79
25
arena.az

10Mənbələr