AZ

Naxçıvan klubunun toplanış üçün yollanacağı ölkə müəyyənləşib

"Araz-Naxçıvan"ın yay hazırlıq planı məlum olub. Sport24.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
 
Naxçıvan təmsilçisi iyunun 25-dən 27-dək tibbi müayinədən keçəcək. Yeni mövsümün ilk məşqinə isə iyunun 28-də start veriləcək.
 
Məşqlərini iyulun 8-dək Bakıda reallaşdıracaq "qırmızı-ağlar" bir yoldaşlıq matçında gücünü sınayacaq. Oyunun keçirilmə yeri və rəqib hələ dəqiqləşməyib.
 
"Araz-Naxçıvan" bir günlük istirahətin ardından - iyulun 10-da Türkiyəyə yollanacaq. Ərzurumdakı toplanış iyulun 25-dək davam edəcək.
 
İki həftəlik hazırlıq müddətində "Araz-Naxçıvan" 3 yoldaşlıq (iyulun 14-də, 19-da və 24-də) oyunu keçirəcək. İyulun 27-dən isə komanda məşqlərini Bakıda bərpa edəcək. 
 
Qeyd edək ki, "Araz-Naxçıvan" Premyer Liqanın 2023/24 mövsümünü 8-ci yerdə başa vurub.

Seçilən
61
25
sport24.az

10Mənbələr