“Araz-Naxçıvan”ın yay hazırlıq planı məlum olub. Matc.az xəbər verir ki, komanda üzvləri iyunun 25-dən 27-dək tibbi müayinədən keçəcəklər. Yeni mövsümün ilk məşqinə isə iyunun 28-də start veriləcək. Məşqlərini iyulun 8-dək Bakıda reallaşdıracaq “qırmızı-ağlar” yekunda bir yoldaşlıq matçında gücünü sınayacaqlar. Oyunun keçirilmə yeri və rəqib haqda əlavə məlumat veriləcək. Bir günlük istirahətin ardından - iyulun 10-da "Araz-Naxçıvan" Türkiyəyə yollanacaq. Ərzurumdakı toplanış iyulun 25-dək davam edəcək. İki həftəlik hazırlıq müddətində Elmar Baxşıyevin komandası 3 yoldaşlıq (iyulun 14-də, 19-da və 24-də) oyunu keçirəcək. Rəqiblərin adları hələ bəlli deyil. "Araz-Naxçıvan" iyulun 27-dən Bakıda məşqlərini bərpa edərək mövsümün ilk matçına hazırlaşacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta