AZ

Botulizmin müalicəsi üçün yeni dərman hazırlanıb » Medical Media


N. F. Qamaleya Milli Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin mütəxəssisləri botulizmin müalicəsi üçün yeni dərman hazırlayırlar.

Medicalmedia.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu mərkəzin İmmunobiotexnologiya laboratoriyasının rəhbəri Dmitri Şeblyakov məlumat verib.

O, qeyd edib ki, dərman botulizmin - botulinum toksini A növü ilə zəhərlənmənin fövqəladə qarşısının alınması və müalicəsi üçün nəzərdə tutulub.

Alimin sözlərinə görə, dərman hazırda klinik sınaq mərhələsindədir və 2025-ci ildə tamamlana bilər. Laboratoriya rəhbəri onu da əlavə edib ki, bütün təcrübələr tamamlanıb.

Qeyd edək ki, Botulizm insandan insana keçməyən, ağır qida toksiki infeksiyası qrupuna aid olan xəstəlikdir. Əsasən uzunsov və onurğa beyninin botulotoksinlə zədələnməsi ilə xarakterizə olunur. Xəstəliyin adı botulos - kolbasa sözündən götürülüb. Botulizm düzgün konservləşdirilməmiş qida məhsulların - balıq, ət konservləri, meyvə-tərəvəz və s. qəbulu nəticəsində yaranır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
1
medicalmedia.az

2Mənbələr