AZ

UEFA-dan Serbiya Futbol İttifaqına cərimə

Serbiyalı azarkeşlərin davranışına görə ölkənin Futbol İttifaqı 14,5 min avro məbləğində cərimə olunub. UEFA Serbiya Futbol İttifaqını cərimələyib. Matc.az xəbər verir ki, buna AVRO-2024-də I turun İngiltərə millisinə qarşı oyununda baş verənlər səbəb olub. UEFA quruma qarşı meydana yad əşya atmaq və təxribat xarakterli mesaj göndərmək ittihamı irəli sürüb. Serbiyalı azarkeşlərin bu cür davranışına görə ölkənin Futbol İttifaqı 14,5 min avro məbləğində cərimə olunub. Qeyd edək ki, Serbiya - İngiltərə qarşılaşmasında ingilislər 1:0 hesablı qələbə qazanıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
matc.az

1Mənbələr