AZ

AVRO-2024: Tarixdə ilk futbolçu

İsveçrə yığmasının kapitanı Xerdan Şakiri tarixə düşüb. Matc.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi AVRO-2024-ün qrup mərhələsində Şotlandiya ilə oyunda buna nail olub. Qarşılaşmada qol vuran Şakiri ardıcıl 6-cı böyük beynəlxalq turnirdə fərqlənməyi bacarıb. O, 2014-cü ildən bəri baş tutan Avropa və dünya çempionatlarının hamısında qol vura bilib. Şakiri tarixdə bunu reallaşdıran ilk futbolçu olub. Qeyd edək ki, İsveçrə Şotlandiya ilə 1:1 hesablı heç-heçə edib.

Seçilən
24
matc.az

1Mənbələr