AZ

Bu ölkədə fövqəladə demoqrafik vəziyyət elan edildi

Cənubi Koreya Prezidenti Yun Sok Yol doğum səviyyəsinin aşağı düşməsi fonunda ölkədə fövqəladə demoqrafik vəziyyət yarandığını elan edib.

Publika.az xəbər verir ki, dövlət başçısı bu barədə demoqrafik vəziyyətlə əlaqədar prezident komitəsinin iclasında danışıb. O, doğum səviyyəsinin azalması və əhalinin yaşlanması tendensiyasının müsbətə doğru dəyişməyəcəyi halda Cənubi Koreya əhalisinin “yox ola biləcəyi” barədə xəbərdarlıq edib.

"Bu gün ölkədə fövqəladə demoqrafik vəziyyəti rəsmən elan edirəm. Aşağı doğum səviyyəsi problemi həll olunana qədər milli hərtərəfli cavab tədbirləri sistemini işə salırıq”, - deyən Prezident bildirib ki, hökumət 3 istiqamətə - balanslı iş və həyat şəraitinin təmin olunmasına, uşaqlara qayğının yüksəldilməsinə, əhalinin mənzil şəraitinin yaxşılaşdırılmasına diqqəti artıracaq.

Qeyd edək ki, 51 milyon əhalisi olan Cənubi Koreyada doğum əmsalı (hər qadının dünyaya gətirdiyi uşaq sayı) ötən il tarixi minimuma (0,7 uşaq) enib. Bu rəqəm əhalinin sayının sabit qalması üçün lazım olan 2,1 uşaqdan xeyli azdır. Hökumət bir neçə ildir ki, ailələrin daha çox uşaq dünyaya gətirməsini təşviq edən addımlar atsa da, bir çox amil, o cümlədən ev qiymətlərinin və təhsil xərclərinin yüksək olması, karyera məsələləri gəncləri ailə qurmaqdan və uşaq dünyaya gətirməkdən çəkindirir.

Seçilən
117
9
publika.az

7Mənbələr