AZ

“Qohum evliliklərinin kökündə bir eqo dayanır...”

“Qohum evliliklərinin kökündə bir eqo dayanır: "Vay, birdən mal-mülk yad qızına qismət olar! Amanın günüdür". Artıq bu eqo çoxlarının şüuraltlarına çöküb. O mal-mülkünü qoruyaraq yad qızı sağlam övladlar verir, yoxsa ailənin bütün pulları xəstəxanalara tökülər”. Bu fikirləri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova deyib. Onun sözlərinə görə, “Yad qızının dəyəri hələ çox sonra bilinəcək. Eləcə də yad kürəkənin. Kim qohumla evli və nişanlıdırsa, təbii ki, heç nəyi dəyişmək olmaz. Evdə uşaqlara təbliğat keçmək lazımdır.

Kimsə bu yazıma görə məni hədələyə bilməz. Çünki şəxsi fikrimdir və inadla deyirəm. Hər kəs öz evinin içinə cavabdehdir. Mən də elə. Təbliğatımı da həmişə əsirgəməyəcəyəm.

Bir tanışımız var, qohumu ilə ailə qurub, dünyaya gətirdiyi körpələrinin də nə əzab çəkdiyini öz gözlərimlə görmüşəm. Hər dəfə etiraf edirdi ki, kaş bu münasibət heç baş tutmayaydı, indi uşağın gözlərinin içinə baxa bilmirəm.

Qeyd etdiyimiz kimi, belə səhv qərarların nəticəsində dünyaya gələn uşaqlarda psixi və fiziki çatışmazlıqlar, sinir sistemi, eşitmə problemləri, qan xəstəlikləri (talassemiya, hemofiliya və s.) olur. Avropa bu sarıdan tez ayıldı. Demirəm başqa şeylərdə Avropanı təkrarlayaq. Xeyr. Amma dünyanın bir çox yerlərində qohum nikahlarının bağlanmasına qadağa qoyulub. Hətta 3-cü dərəcəli qohumlar arasında da belə izdivaca yol verilmir.

Düşünmək lazımdır. Gərək hansısa həkim, hansısa alim deyə? Allah bilir, hansısa ulu nəslimizin səhvinin nəticələrini indi biz çəkirik. Genlər gizli və aşkar ötürülə-ötürülə gedir”.

Qeyd edək ki, Azərbaycan Prezidentin Administrasiyası Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov yaxınlarda "Qohum nikahları" ilə bağlı ictimai müzakirədə bildirib ki, qanunvericilik səviyyəsində üçüncü və dördüncü dərəcəli qohum evliliklərinin qarşısının alınması müzakirə olunur. Bu, əmi, xala uşaqları arasında olan nikahları ehtiva edir. Faktiki vəziyyət göstərir ki, uzun illərdir aparılan maarifləndirmə işlərinə baxmayaraq, problem hələ də qalır. Buna görə də dövlətin addım atması önəmlidir… Qohum evliliklərinin qarşısının alınması maarifləndirmə ilə mümkün deyil. Dövlətin insan hüquqlarına bu cür fundamental sahədə müdaxilə etməsi üçün meyarlar var. Görünən odur ki, maarifləndirmə yolu ilə qohum evliliklərinin qarşısının alınmasına nail olmaq mümkün deyil. İnkişaf etmiş cəmiyyətlərdə qohum evliliklərinin səviyyəsi çox aşağıdır. Ona görə ki, bu cür cəmiyyətlərdə bu məsələyə dövlət nəzarəti var. Üçüncü-dördüncü dərəcəli qohumluqlar yaxın qohumlar siyahısına daxil deyil… Qohum evliliyi sosial problem olsa da, qanunvericlik səviyyəsində həll olunması mümkündür. Bunun da çıxış yolu üçüncü-dördüncü dərəcəli qohumluğun yaxın qohumlar siyahısına daxil olunması və bununla da qohum nikahlarının qadağan edilməsidir… Qohum nikahlarının əsas fəsadı həmin nikahlardan doğulan uşaqların irsi xəstəlikdən əziyyət çəkmə risklərinin yüksək olmasıdır”.

Qeyd edək: qohum evliliklərilə bağlı xarici ölkələrin təcrübəsində görünən odur ki, hətta 3-4-cü dərəcəli qohumlar arasında evlilik müəyyən Avropa, Cənub-Şərqi Asiya ölkələrində, Çində, Vyetnamda, Amerikanın 24 ştatında və s. ölkələrdə qadağan olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
sia.az

2Mənbələr