AZ

ABŞ-da günahsız bir qadın 43 il həbsdə yatıb...

...ABŞ-da 43 il həbs cəzası çəkən ruhi xəstə qadın təqsirsiz bilinərək azadlığa buraxılıb.

SİA-nın əldə etdiyi məlumata görə, “The Guardian” Amerika mediasına istinadən yazır ki, o, əslində polis məmuru tərəfindən törədilən cinayətdə ittiham edilib.

Sandra Hemme Sent Jozefşəhərində kitabxana işçisinin qətlinə görə həbs edilib. Əvvəlcə onu ölüm cəzası gözləyirdi, lakin sonradan bu cəza ömürlük həbslə əvəz olunub.

...Bu hekayədə diqqəti çəkən odur ki, öz etirafından başqa ona qarşı qətiyyən heç bir sübut yox idi, lakin qadının vəkillərinin qeyd etdiyi kimi, bu çox ziddiyyətli və mübahisəli görünürdü. ...Bəzi məqamlarda o, o qədər güclü dərman qəbul edirdi ki, başını belə qaldıra bilmirdi, ona görə də stula bağlanırdı. Yalnız yarım əsrdən sonra rayon hakimi əsl qatilin tamam başqa adam olduğuna qərar verib. Belə ki, qatilin bir müddət sonra həbsxanaya düşmüş polis olduğu ortaya çıxıb.

...Deyilənlərə görə, ABŞ tarixində bir qadın üçün cəza müddəti ən uzun cəza olan yaşlı qadın 30 gün ərzində həbsxanadan çıxacaq.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
sia.az

1Mənbələr