AZ

"Əliyev heç bir əcnəbi oyunçunu regiona buraxmır" - Erməni deputat

Minsk qrupunun buraxılması sülh deyil, tam, qeyd-şərtsiz təslim olmaq deməkdir. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Hayastan” fraksiyasının üzvü Artur Xaçatryan deyib. 

Onun sözlərinə görə, Minsk Qrupu mövcud problemləri həll etmək üçün yaradılıb: "Azərbaycan problemləri istədiyi şəkildə həll etdi, hələlik Paşinyan bununla mülayim şəkildə razılaşdı və aydındır ki, o, xarici oyunçuların qarant, hətta vasitəçi kimi də işə qarışmasına imkan vermir. Əliyev heç bir əcnəbi oyunçunu regiona buraxmır, Paşinyan isə savadlı və konstruktiv tərəfdaşının eyni tezisi tirajlayır".

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
unikal.az

2Mənbələr