AZ

Avro-2024: Almaniya millisi növbəti qələbəsini qazandı

Futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunda növbəti oyun keçirilib.

 

Senzor.az bildirir ki, A qrupunun ilk görüşündə Almaniya və Macarıstan yığmaları üz-üzə gəliblər. 

 

Matç almanların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Camal Musiala və İlkay Gündoğan vurublar.

 

Bu nəticədən sonra xallarını 6-ya çatdıran Almaniya millisi liderdir.

 

A qrupunun digər görüşündə İsveçrə Şotlandiya ilə qarşılaşacaq. Matç 23:00-da start götürəcək.

 

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
11
senzor.az

10Mənbələr