AZ

Albaniya son dəqiqə qolu ilə 1 xal qazandı

Bu gün AVRO-2024-də qrup mərhələsinin II turuna start verilib.

Günün ilk matçı Hamburqda baş tutub.

B qrupunun oyununda ilk turun uğursuzları üz-üzə gəlib. Çempionata məğlubiyyətlə başlayan Xorvatiya və Albaniyanın görüşündə qapılara 4 qol vurulub. Albanlar hesabı erkən açsalar da, xorvatiyalılar 3 dəqiqəyə 2 dəfə fərqləniblər. Amma əsas vaxta əlavə olunmuş dəqiqələrdə Albaniya millisi məğlubiyyətdən qaça bilib. Avtoqola imza ataraq, komandasını pis vəziyyətdə qoyan Qyasula bu dəfə rəqibin qapısını dəqiq nişan alıb.

Qeyd edək ki, turun sabah keçiriləcək digər matçında İspaniya və İtaliya üz-üzə gələcək.

AVRO-2024
Qrup mərhələsi, II tur
19 iyun, B qrupu
17:00. Xorvatiya - Albaniya - 2:2
Qollar:
Andrey Kramariç, 74. Klaus Qyasula, 76 (öz qapısına) - Qazim Laçi, 11. Klaus Qyasula, 90+5

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
cbcsport.az

2Mənbələr