AZ

Kürdəmirdə dəhşətli qəza: Ölənlər var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo" xəbər verir ki, rayon sakini 1992-ci il təvəllüdlü Əflatun Əflan oğlu Umudovun idarə etdiyi "Mercedes" markalı avtomobil Cəyli kəndi ərazisində aşıb.
Bir neçə dəfə yuvarlanaraq əkin sahəsinə düşən maşının sürücüsü ağır xəsarətlər alıb.
Avtomobildə olan sərnişinlər - 1984-cü il təvəllüdlü Ceyhun Ağanəzər oğlu Xanalıyev, 1993-cü il təvəllüdlü Toğrul Hikmət oğlu Xanalıyev və 1982-ci il təvəllüdlü Süleyman Qarakişi oğlu Əhmədov hadisə yerində vəfat edib.
Vəfat edən şəxslərdən Ceyhunla Süleyman bacanaq olublar.
Sürücü Əflatun Umudov ağır vəziyyətdə Bakıya gətirilib.
Faktla bağlı araşdırma aparılır.
Seçilən
184
50
oxu.az

10Mənbələr