AZ

Dövlətin ayırdığı pulun qarşılığında ağlaşma qurmaq yox, iş görmək lazımdır

"Kəpəz"də futbolçular sıraya düzülüb.

Yerli və əcnəbi oyunçular kütləvi şəkildə komandadan ayrılır.

Adını da qoyublar ki, sponsor yoxdur.

Bəs dövlətin ayırdığı pul konfet kağızıdır?

Artıq iki ildi klublarımıza dövlət dotasiyası ayrılır.

Söhbət 3 milyon manatdan gedir.

Düzdü, fantastik rəqəm deyil.

Premyer Liqa klubu üçün bir qədər yüksək məbləğ ayrılsa daha yaxşı olar.

Amma bu da həqiqətdir ki, iki il əvvələ kimi heç bir manatlıq da dəstək yox idi.

Rəqəm azdı, amma müəyyən işlər görmək üçün yetərlidir.

Ən azı arxada qalan 2 mövsümdə komandanın özəyini qurub-saxlamaq olardı.

Gəncə təmsilçisi uzun aradan sonra elitada ardıcıl üçüncü mövsümünü keçirəcək.

Amma klubun hələ də bəlli bir oyun, komanda maketi yoxdur.

Komandada 3 əsas heyət üzvünün qalacağı belə qətiləşməyib.

Bir stabillik görmürük. Dağınıqlıq hökm sürür. Halbuki 3 milyonla tam da olmasa, müəyyən çərçivədə nəsə etmək olardı.

Əvəzində hər mövsümün sonu Gəncədən "Kəpəz"lə bağlı oxşar problemləri eşidirik.

2 il əvvəl Birinci Liqadan Premyer Liqaya yüksələndə komanda necə hazırlaşırdısa, indi də eyni mənzərədir. Elə ötən yay da həmçinin. Bəs arxada qalan iki mövsümdə klub nə işə baxıb?

Komandan özəyi yoxdur. Məsələn, işlər düzgün qurulsaydı, bu gün bütün mövqelərə oyunçu axtarılmazdı. Heç olması hansısa zonalda komanda özünü güvənli hiss edərdi.

Mövsüm bitəndə aşağı-yuxarı hər kəslə yollar ayrılır. Yeni mövsüm başlayandan iki ay sonraya kimi isə yeni kollektiv formalaşdırılır.

Məncə, oxşar prosesin kökündə maliyyə azlığından çox şəxsi maraqlar və ya yarıtmaz idarəçilik durur.

XANOĞLAN İMANOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
sportinfo.az

1Mənbələr