AZ

Uşaqlara enerji içkiləri satanlar cəzalandırılacaq - Deputat HƏYACAN TƏBİLİ ÇALDI

Rusiya Dövlət Dumasına uşaqlara enerji içkilərinin satışına görə cərimələr tətbiq edən qanun layihəsi təqdim olunacaq.
 
Bu barədə parlamentin aşağı palatasının deputatı Sultan Həmzəyev danışıb.
 
Millət vəkili onu da qeyd edib ki, buna görə uşaqlara enerji içkiləri satan ruslar və sahibkarlar cəzalandırılmalıdır.
 
Onun sözlərinə görə, uşaqlara enerji içkilərinin satışına görə məsuliyyət yetkinlik yaşına çatmayanlara spirtli içkilərin satışına görə məsuliyyətlə eyni olmalıdır.
 
Xatırladaq ki, Dövlət Dumasının sədri Vyaçeslav Volodin uşaqlara enerji içkilərinin satışına görə məsuliyyətin tətbiqi təşəbbüsünü təsdiqləyib.
Seçilən
22
4
moderator.az

5Mənbələr