AZ

Norveç, Finlandiya və İsveç NATO sammitini və Ukraynaya yardımı müzakirə edəcək

Finlandiya Prezidenti Aleksander Stubb, Norveçin Baş naziri Yonas Qar Störe və İsveçin Baş naziri Ulf Kristersson, eləcə də adıçəkilən üç ölkənin müdafiə nazirləri iyunun 20-də Norveçin Budo şəhərində keçiriləcək görüşdə təhlükəsizlik vəziyyəti və Ukraynaya gələcək dəstəyi müzakirə edəcəklər.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Finlandiya Prezidenti, Norveç ilə İsveçin hökumət başçıları Norveçin “KV Svalbard” sahil mühafizə gəmisinə və silahlı qüvvələrin Reytandakı birgə qərargahında olacaqlar.

Norveçin müdafiə naziri Byorn Arild Qram, İsveçin müdafiə naziri Pol Yonson və Finlandiyanın müdafiə naziri Antti Hakkyanen Ukraynaya dəstəyi və NATO-nun iyulda keçiriləcək sammitini müzakirə edəcəklər. Birgə görüşdə prezidentlər, baş nazirlər və nazirlər müdafiə sahəsində əməkdaşlığa, Baltik dənizi ilə Arktika regionu arasında əlaqələrə, qonşu ərazilərin təhlükəsizliyinə diqqət yetirmək niyyətindədirlər.

Seçilən
13
5
azpolitika.info

6Mənbələr