AZ

Azərbaycan klubunun gözü yenə yolda qaldı - Bura gəlib çıxa bilmir…

«Turan Tovuz»un yeni baş məşqçisi Kurban Berdiyevin Azərbaycana səfər tarixi növbəti dəfə təxirə salınıb.

İyunun 17-də ölkəmizə təşrif buyurması nəzərdə tutulan, daha sonra 21-nə ertələnən bu gəliş indi bir qədər də uzanıb.

Türkmən kökənli rusiyalı mütəxəssis ən yaxşı halda iyunun 24-25-i aralığında bura qədəm basacaq.

Berdiyev bu ilin yanvarında «Dinamo»nun baş məşqçi postundan istefa verib. Lakin onun Mahaçqala klubuna bağlılığı qalmaqdadır.

Rusiyanın birinci liqasında mübarizə aparan Dağıstan təmsilçisində prezidentin müşaviri postunu tutur.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
sportinfo.az

1Mənbələr