AZ

Fransa Ermənistanı silahlandırır: Müharibə olacaq?

"Fransanın müdafiə naziri Sebastien Lekornu Parisdə erməni həmkarı Suren Paikyanla görüşdən sonra bəyan edib ki, Ermənistanla müdafiə sahəsində əlaqələrin gücləndirilməsinin davamı kimi bu ölkəyə CAESAR haubitsaları verəcəklər”.

"Cebhe.info" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, bu Fransa-Ermənistan hərbi əməkdaşlığının yeni mərhələsidir:

“Fransanın Ermənistana göndəridiyi əvvəlki zirehli texnika aşağı keyfiyyətli idi.

CAESAR haubitsaları isə 54 kilometr uzaqlıqdakı hədəfləri vurmağa imkan verir. 

CAESAR zirehli yük avtomobilinə bərkidilmiş artileriya sistemidir. Bu səbəbdən artileriya sisteminin yerini dəyişdirməsi asandır. 

Özüyeriyən CAESAR artilleriya qurğusu 1994-cü ildə “Nexter” şirkətin tərəfindən hazırlanıb, kütləvi istehsala 2002-ci ildə başlanılıb, Fransa ordusuna isə 2008-cu ildən təhvil verilib. Özüyeriyən artileriya qurğusunun ekipajı 5 nəfərdən ibarətdir, 155 mm-lik topa malikdir. Fransa ilə Ermənistan arasında yeni müqavilənin dəyəri haqqında məlumat verilməsə də, CAESA" artilleriya qurğusunun birinin qiyməti 7 milyon dollara yaxındır”. 

Politoloq  qeyd edib ki, Fransa bir müddət əvvəl bu qurğulardan bir neçəsini Ukraynaya göndərmişdi:

"Rusiya informasiya mənbələri xəbər yaymışdılar ki, Rusiya ordusu həmin qaubitsələrdən ikisini ələ keçirib. Beləliklə, Fransa Cənubi Qafqaz, o cümlədən Azərbaycan siyasətini korrektə etmək istəmir. Qərb ölkələri Ukraynanın müdafiə qüdrətini artırmaq barədə düşünərkən, Kiyev bu ölkələrdən daha çox hərbi texnika istəyərkən, Fransa Ermənistana özüyeriyən qaubitsalar göndərməyə qərar verib. 

Yenə eyni sual aktuallaşacaq: Fransa bu qaubitsaları hansı ölkənin ərazisindən Ermənistana çatdıracaq? Paris yəqin Tbilisini şantaj edəcək ki, “Qərb ölkələri ilə münasibətlərinizin gərginləşdiyi indiki mərhələdə münasibətlərin normallaşmasını arzulayırsınızsa, hərbi yüklərin Gürcüstan üzərindən Ermənistana çatdırılmasına şərait yaradın!””

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
49
cebheinfo.az

10Mənbələr