AZ

"Ekoturizm məktəbi” bu dəfə İsmayıllıda -FOTO

"Ekoturizm

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin

2024-cü il kiçik qrant müsabiqəsində “Turizm yönümlü icma quruculuğu” layihəsi ilə qalib olmuş “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən layihədə nəzərdə tutulmuş növbəti tədbiri 16 iyun tarixində İsmayıllı rayonunda həyata keçirildi.

Əsas məqsədi turizm yönümlü icma quruculuğu, turizmin ətraf aləmi dağıtmasının, ekologiyaya zərər verməsinin qarşısını almaq olan layihədə insanlara təbiətə qayğı ilə sayahət etmək, ekoloji sistemin qorunmasında və zərərin azaldılmasında insaların rolunu artırmaq, davamlı turizmə dəstək olmaq, icma şəklində fəaliyyət göstərməyin əhəmiyyəti və qaydalarının öyrədilməsi məqsədi ilə “Ekoturizm məktəbi” təşkil edildi.

Tədbirin ecazkar təbiəti olan İsmayılli rayonuna səyahət edərək əyani şəkildə keçirilməsi iştirakçıların mövzuya daha dərindən hakim olmasına səbəb oldu.

Layihənin eksperti Azərbaycan Milli Elmlər Akademiyasının dosenti ekoloq Arzu Mustafayev mövzunun daha dərindən mənimsənilməsi məqsədi ilə iştirakçılarla birgə Şahdağ Milli Parkının İsmayıllı hissəsinə səyahət edərək Milli parklar haqqında da əhatəli məlumat verdi.

Layihənin rəhbəri Nərminə Qəribova gənclərin ekoloji düşüncəsini formalaşdırmaq üçün təbiət qoynuna səfərlərin artırılması və bu kimi tədbirlərin davamlı keçirilməsinin zəruri olduğunu bildirdi.

Layihənin işçi qrupu və iştirakçıları layihənin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qiymətləndirildiyinə görə minnətdarlıqlarını bildirdilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
5
xalqcebhesi.az

6Mənbələr