AZ

Fransa millisində ciddi itki

Fransa millisi ciddi itki ilə üzləşib.
Sport24.az yerli mətbuata istinadən xəbər verir ki, komandanın əsas hücumçusu Kilian Mbappe Avropa çempionatının qrup mərhələsinin 2 oyununu buraxacaq.
Burnu sınan forvard iyunun 21-də Niderland, 4 gün sonra isə Polşaya qarşı keçiriləcək matçda meydanda olmayacaq. Komandası mərhələ adlayarsa, kapitan maska ilə mübarizə aparacaq.
Qeyd edək ki, Mbappe AVRO-2024-ün ilk matçında Astriyaya 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada zədələnib.

Seçilən
12
sport24.az

1Mənbələr