AZ

AFFA nümayəndəsi Polşadakı tədbirə qatılıb

Polşanın Poznan şəhərində Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı tərəfindən Azarkeşlərlə əlaqələndirici şəxs (SLO) və Azarkeşlərlə əlaqələndirici şəxs üzrə koordinatorlar (SLO koordinatorları) arasında görüş keçirilib. Matc.az xəbər verir ki, görüş Avropanın 13-dən çox ölkə və 20-dən çox klub nümayəndələrinin iştirakı ilə təşkil olunub. Görüş zamanı SLO-lar arasında informasiya mübadiləsi, SLO koordinatorunun rolu, UEFA Çempionlar Liqasının yeni formatı, yaxın gələcəkdə SLO-lar üçün hazırlanmış plan barəsində danışıqlar aparılıb. İştirakçılar arasında AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin Azarkeşlərlə əlaqələndirici şəxslərlə iş üzrə məsul şəxsi Yusif Abdullayev də olub. Y.Abdullayev klublarımızın azarkeşlərlə əlaqələndirici şəxslərinin gördükləri işlər və gələcək planları barədə digər həmkarlarını məlumatlandırıb.

Seçilən
69
8
matc.az

10Mənbələr