AZ

Ayxan Abbasov Kamal Bayramovu da “Şamaxı”ya aparır

"Ayxan müəllimlə görüşdük. Onu "Şamaxı"nın "sükanı arxasına" keçməsinə görə təbrik etdim. İnanıram ki, Ayxan müəllim yeni komandasında da uğur qazanacaq". Bu sözləri Sport24.az-a açıqlamasınsa Kamal Bayramov deyib.
38 yaşlı təcrübəli qolkiper yeni mövsümə də Ayxan Abbasovun yanında başlayacağını bildirib: "Ayxan müəllim məni də yanında görmək istədi. Təbii ki, bu mənim üçün xoş oldu. O, mənim üçün dəyərli insan, dost, müəllim və məşqçidi. Onun diqqət və qayğısını həmişə hiss etmişəm. Odur ki, onun rəhbərliyi altında oynamaq həm şərəfdi, həm də xoşdu. Bundan başqa yaşından asılı olmayaraq, Ayxan müəllimin yanında olan futbolçu daim inkişaf edir, təcrübə yığır. Səmimi deyim ki, məşqçiliklə bağlı da ondan çox şey öyrənmişən. Odur ki, yaxın günlərdə "Şamaxı"ya keçidim tam rəsmləşəcək. Komandam üçün xeyirlisi nədisə, onu arzulayıram və bu işdə əlimdən gələnin ən yaxşısını edəcəm".
 
Qeyd edək ki, Bayramovun son klubu "Turan Tovuz" olub.ABDULLA İSMAYILOĞLU

Seçilən
11
sport24.az

1Mənbələr