AZ

Qaçırdığı maşınla qəza TÖRƏTDİ

Ağstafada avtomobili qaçıran şəxs idarəetməni itirib və qəza törədib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb. 

Belə ki, "Mercedes" markalı avtomobilin kənd ərazisindən qaçırılması barədə polisə məlumat daxil olub. Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 2000-ci il təvəllüdlü Ə. Abbasəliyev saxlanılıb. O, avtomobili qaçırdıqdan sonra maşını kənd ərazisindəki evlərdən birinin divarına çırpıb. Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
bizim.media

1Mənbələr