AZ

Millinin seriyada mövqeyi

Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Klermon-Ferran mərhələsindən sonra yarışın ümumi cədvəli açıqlanıb. Sport24.az xəbər verir ki, arxada qalan 5 raundda 28 komanda iştirak edib.
 
Azərbaycan millisi 95 xalla 12-ci yerdə qərarlaşıb. Komanda iki mərhələdə iştirak edib. Yığmanın hesabına Qəbələdə 6-cı yer 45, Klermon-Ferrandakı 5-ci yer 50 xal gətirib.
 
"Baku Flames" isə 35 xalla 27-ci pillədə yer alıb. Yalnız Qəbələ mərhələsinə qatılan təmsilçimiz 8-ci yerin sahibi kimi 35 xal əldə edib.
 
Qeyd edək ki, siyahıya 250 xala malik Fransa başçılıq edir. "Üçrənglilər" qatıldığı 3 mərhələdən ikisində qalib olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
3
sport24.az

4Mənbələr