AZ

“Fitch Ratings”in 2024-cü il üçün Türkiyə iqtisadiyyatı proqnozu

 

  Beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” 2024-cü il Türkiyə iqtisadiyyatı üçün artım proqnozunu 2,8-dən 3,5 faizə yüksəldib.

  “Fitch Qlobal” İqtisadi Görüntü Hesabatının iyun buraxılışını dərc edib.

  Hesabata görə, Avropada iqtisadiyyatın inkişafına inamın artması, Çin ixrac sektorunun canlanması və Çindən kənarda inkişaf etməkdə olan bazarlarda daxili tələbatın hərəkətlənməsi səbəbindən qlobal artım proqnozları yuxarıya doğru xətt üzrə gedəcək.

  2024-cü ildə dünya iqtisadiyyatı üçün artım proqnozunun 2,4-dən 2,6 faizə yüksələcəyi, qlobal iqtisadiyyatın hər iki ildə - 2025 və 2026-cı illərdə 2,4 faiz artacağı gözlənilir.

  Türkiyə iqtisadiyyatına dair qiymətləndirmələrin də yer aldığı hesabatda bu ilin ilk rübündə ixracatdakı canlanma, idxalın kəskin azalması və daxili tələbin hələ də güclü olması səbəbindən iqtisadiyyatın böyüdüyü qeyd edilib.

  2024-cü ildə Türkiyə iqtisadiyyatı üçün artım proqnozunun 2,8-dən 3,5 faizə yüksəldiyi bildirilib. Qeyd olunub ki, ölkə iqtisadiyyatının 2025-ci ildə 3 faiz, 2026-cı ildə isə 3,2 faiz artacağı gözlənilir.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
1
trt.net.tr

2Mənbələr